Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Leqalxeber.az məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Anar Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsilini davam etdirib. O, 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Əmək fəaliyyətinə 1998-ci ildə "MediClub" klinikasında həkim kimi başlayıb. 2002-ci ildən "A-Group" Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, sonradan şirkətin baş direktoru və İdarə Heyətinin sədri olub.
Anar Bayramov səhiyyə naziri təyin edilib
Anar Məhərrəm oğlu Bayramov Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib. Leqalxeber.az məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Anar Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha
10 baxış
3 dəq