İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AMB sədri kartdan-karta köçürmələr barədə: "Limitlər artırıla bilər"

"Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta ("card-to-card") köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub". Oxu.Az APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul

12 baxış 3 dəq

"Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta ("card-to-card") köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub".

Leqal Xəbər APA-ya istinadla məlumat verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov pul siyasəti qərarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əməliyyatların böyük həcmi və bu köçürmələrdən qanunsuz məqsədlərlə istifadə riskləri nəzərə alınaraq banklar "card-to-card" əməliyyatlarına limitlər tətbiq ediblər.

AMB sədri qeyd edib ki, aylıq 20 min manatlıq və gündəlik beş mədaxil üzrə limitlərlə bağlı əlavə ehtiyacı olan müştərilər banka müraciət edərək əməliyyatlarının mahiyyətini izah edə bilərlər. Əsaslandırılmış müraciət əsasında limitlər artırıla bilər. Eyni yanaşma bir kart məhsulu üzrə əlavə kartın əldə edilməsinə də aiddir.

Taleh Kazımov bildirib ki, bu tələblərin məqsədi qanuni əməliyyatlara mane olmaq deyil, vergidən yayınma və digər qanunsuz fəaliyyət risklərinin qarşısını almaqdır.

Onun sözlərinə görə, bəzi şəxslərin yaşlı insanların və pensiyaçıların adına ödəniş müqabilində kartlar açdıraraq onlardan qanunsuz fəaliyyətlərdə istifadə etməsi halları müşahidə olunur. Bir şəxsin eyni kart məhsulu üzrə bir neçə kart əldə edərək əməliyyat dövriyyəsini onların arasında bölüşdürməsi hallarına da rast gəlinir.

AMB sədri limitlərin tətbiqindən sonra əməliyyatların bank sistemindən nağd dövriyyəyə keçməsi barədə narahatlıqlara da münasibət bildirib. O, müşahidələrin belə bir keçidi təsdiqləmədiyini, sentyabrda nağdlaşmanın həcminin avqustla müqayisədə azaldığını qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin