İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ALTI AYDA 30 TONDAN ÇOX YARARSIZ ƏT MƏHV EDİLİB

LEQAL XƏBƏR xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında agentliyin sədr müavini Əli Nəbiyev bildirib. Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanan

11 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransında agentliyin sədr müavini Əli Nəbiyev bildirib.

Onun sözlərinə görə, aparılan yoxlamalar zamanı ciddi nöqsanlar aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

"Nöqsanları aradan qaldıran 95 müəssisənin fəaliyyəti bərpa olunub. Uyğunsuzluğu müəyyən edilən 1 600 tona yaxın məhsul, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul satışdan yığışdırılıb. Reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30,7 ton ət, o cümlədən **432 kiloqram at əti məhv edilib", – deyə Əli Nəbiyev bildirib.

AQTA rəsmisi əlavə edib ki, hesabat dövründə ölkə üzrə 390 ümumtəhsil məktəbində monitorinq aparılıb.

Onun sözlərinə görə, yoxlanılan məktəblərdən 263-də normativ tələblərin pozulduğu aşkarlanıb.

"Yararlılıq müddəti bitmiş və ya satışı qadağan edilən məhsullar dərhal dövriyyədən çıxarılıb. Həmçinin **iki məktəb bufetinin fəaliyyəti məhdudlaşdırılıb", – deyə Əli Nəbiyev qeyd edib.

Xəbəri paylaş Dostlarınıza göndərin