İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Almaniyada 800 illik qəsr 1 avroya satışa çıxarılıb

Almaniyanın Saksoniya federal ərazisindəki Bad-Düben şəhərində təxminən 800 illik tarixi Şnaditz qəsri simvolik olaraq 1 avroya satışa çıxarılıb. Leqal Xəbər-in "Bild" qəzetinə istinadən məlumatına görə, yerli hakimiyyət orqanları memarlıq abidəsini bərpası üçün sərmayədar tapmağa ümid

13 baxış 3 dəq

Almaniyanın Saksoniya federal ərazisindəki Bad-Düben şəhərində təxminən 800 illik tarixi Şnaditz qəsri simvolik olaraq 1 avroya satışa çıxarılıb.

Leqal Xəbər-in "Bild" qəzetinə istinadən məlumatına görə, yerli hakimiyyət orqanları memarlıq abidəsini bərpası üçün sərmayədar tapmağa ümid edir.

Su ilə əhatə olunmuş qəsr təxminən 1 012 kvadrat metr sahəni əhatə edir. Binada cəngavər zalı və iki qüllə var.

"Qalanın xilas edilməsini istərdim. Bu bina həm region, həm də Saksoniya üçün vacibdir. Kənardan baxanda artıq yaxşı görünmür. Çox iş görülməlidir. Amma damdan su sızmır", - şəhər meri Mattias Mit deyib.

Əmlakın simvolik qiymətinə baxmayaraq, gələcək sahibi onun yenidən qurulmasına xeyli vəsait yatırmalı olacaq. İlkin hesablamalara görə, qalanın bərpası təxminən 20 milyon avroya başa gələ bilər.

Əvvəllər tarixi tikilini bərpa etmək və onu turistik məkana çevirmək üçün cəhdlər edilib, lakin bu planlar uğursuz olub.

Yerli hakimiyyət orqanları ümid edir ki, yeni sahib qalanı qoruyub saxlaya və ondan praktik istifadə edə biləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin