İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi hüceyrələrini tanıya və məhv edə biləcəyini aşkarlayıblar. Leqal Xəbər-in məlumatına görə, araşdırma "Cancer Cell" jurnalında

15 baxış 3 dəq

Avstraliyanın Uolter və Eliza Hall İnstitutunun alimləri qamma-delta T hüceyrələrinin şiş digər immun sistemlərindən yayınsa belə, kiçik hüceyrəli ağciyər xərçəngi hüceyrələrini tanıya və məhv edə biləcəyini aşkarlayıblar.

Leqal Xəbər-in məlumatına görə, araşdırma "Cancer Cell" jurnalında dərc edilib.

Kiçik hüceyrəli ağciyər xərçəngi ən aqressiv şişlərdəndir. Onun müalicəsindəki çətinliklərinin səbəblərindən biri də bir çox immunoterapiya növü ilə hədəf alınan ənənəvi T hüceyrələrindən yayınmaq qabiliyyətidir. Yeni araşdırma göstərib ki, immun sisteminin başqa hücum yolu var.

Əvvəlcə müəlliflər iki böyük klinik sınaqdan - "IMpower133" və CASPIAN-dan məlumatları təhlil ediblər. Şişlərdə qamma-delta T hüceyrələrinin mövcudluğunun güclü sübutları immunoterapiyadan daha çox fayda ilə əlaqələndirilib.

Daha sonra xəstə nümunələrindən miniatür şişlər yetişdirilib. Eyni şəxslərin qanından təcrid olunmuş qamma-delta T hüceyrələri bu şişlərə əlavə edilib. İmmun hüceyrələri xərçəng hüceyrələrini uğurla tanıyaraq məhv edib.

Bu təsir iki dərmanla gücləndirilib. "Zoledronat" qamma-delta T hüceyrələrinin mövcud sayını artırıb və şişin tanınmasını yaxşılaşdırıb, tarlatamab isə immun və xərçəng hüceyrələrini bir-birinə yaxınlaşdırmağa kömək edib. Dərmanlar birlikdə laboratoriya modelində hücumun effektivliyini artırıb.

Müəlliflər həmçinin bu limfositlərin bədəndən kənarda genişləndirilməsi və sonra onları xəstəyə qaytarılması imkanlarını araşdırırlar.

Xəbəri paylaş Dostlarınıza göndərin