Ermənistan parlamentində müxalifət deputatı Kristine Vardanyan ilə parlament sədri Alen Simonyan arasında qalmaqal yaşanıb.
Parlament iclası zamanı Kristine Vardanyan hökuməti və Nikol Paşinyanı kəskin tənqid edib.
Çıxış zamanı zaldan etiraz səsləri yüksəlib və müzakirə qısa müddətdə sərt polemikaya çevrilib.
Parlament sədri Alen Simonyan isə deputatın çıxışına müdaxilə edərək onlara susmalarını əmr edib və burda qərarları mən verirəm deyərək onların çıxışlarını yarım saxlayaraq səslərini söndürüb.
