İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Leqal Xəbər Prezident.az-a istinadən məlumat verir ki, təbrikdə deyilir: "Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44

10 baxış 3 dəq

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Leqal Xəbər Prezident.az-a istinadən məlumat verir ki, təbrikdə deyilir:

"Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.

Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.

Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Xəbəri paylaş Dostlarınıza göndərin