Leqal xəbər məlumat verir ki, Məktəblərdə dərs zamanı telefon və digər elektron cihazların istifadəsi qadağan edilsə də, bəzi hallarda şagirdlərin bu cihazları məktəbə gətirməsinə icazə verilir. Qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda telefon və oxşar cihazları məktəbə gətirə bilər. Birinci halda müəllim dərs prosesində bu cihazlardan istifadəni planlaşdırarsa, bu barədə valideynlər əvvəlcədən yazılı şəkildə məlumatlandırılmalıdır və cihazların təhlükəsiz saxlanması təmin olunmalıdır.
İkinci halda isə valideyn və ya qanuni nümayəndə uşağa təhlükəsizlik məqsədilə (məktəbə gedib-gələrkən əlaqə saxlamaq üçün) telefon verə bilər. Bu zaman məktəb həmin cihazların dərs gününün sonuna qədər təhlükəsiz saxlanmasına cavabdeh olur. Qeyd olunub ki, dərs müddətində elektron cihazların şagirdlərə verilməsi və istifadəsi qəti şəkildə qadağandır.
Şagirdlər məktəbə telefon gətirə bilər
Leqal xəbər məlumat verir ki, Məktəblərdə dərs zamanı telefon və digər elektron cihazların istifadəsi qadağan edilsə də, bəzi hallarda şagirdlərin bu cihazları məktəbə gətirməsinə icazə verilir. Qanunvericiliyə əsasən, şagirdlər yalnız iki halda telefon və oxşar cihazları məktəbə gətirə bilər.
13 baxış
3 dəq
