İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AGENTLİK MƏKTƏBLİ FORMASI İLƏ BAĞLI VALİDEYNLƏRƏ MÜRACİƏT ETDİ

LEQAL XƏBƏR məlumat verir ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilməlidir. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib

12 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilməlidir. Valideynlərin məqsədli şəkildə hər hansı satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, valideynlər məktəbli formaları ilə bağlı ətraflı məlumatı övladlarının təhsil aldığı məktəblərdən, eləcə də yerli təhsili idarəetmə bölmələri ilə əlaqə saxlayaraq əldə edə bilərlər.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir.

Məlumata görə, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası məktəbli forması ilə bağlı müvafiq qərar qəbul edib.

Həmçinin bildirilib ki, seçilmiş vahid geyim forması ən azı 3 tədris ili ərzində dəyişdirilmədən tətbiq olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin