İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AFFA-da kütləvi ixtisar: Beş əməkdaş işdən çıxarıldı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində kütləvi işdən çıxarılma baş verib. Departamentin beş əməkdaşı ilə qüvvədə olan əmək müqavilələrinə vaxtından əvvəl xitam verilib. Bildirilir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Murad

10 baxış 3 dəq

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində kütləvi işdən çıxarılma baş verib.

Departamentin beş əməkdaşı ilə qüvvədə olan əmək müqavilələrinə vaxtından əvvəl xitam verilib.

Bildirilir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Murad Axundovun rəhbərliyi altında çalışan əməkdaşlara sentyabrın 1-dən işə çıxmamaları barədə məlumat verib.
Qərarın səbəbi kimi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin PR istiqamətində qarşıya qoyulan vəzifələri gözlənilən səviyyədə yerinə yetirməməsi göstərilib.

İşdən çıxarılan əməkdaşlar arasında AFFA-nın rəsmi saytı affa.az-ın redaktoru Ruslan Sadıqov və SMM meneceri Mehman Əşrəfov da var. Müqavilələrinə xitam verilən digər üç əməkdaşın adları açıqlanmayıb.

Qeyd edək ki, AFFA-da daha əvvəl də bir sıra kadr dəyişiklikləri olub. Belə ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov vəzifələrindən azad ediliblər.

Mənbə: idman biz

Xəbəri paylaş Dostlarınıza göndərin