Leqal xəbər məlumat verir ki, Bakıda yerləşən “AF Mall” Ticarət Mərkəzində güclü dolu və külək səbəbindən binanın üzlüyü qoparaq yerə düşüb.
Hadisə nəticəsində bir nəfər qadının xəsarət aldığı bildirilir. Məlumata görə, qopan hissə qadının üzərinə düşüb və o, dərhal əraziyə çağırılan yardım briqadasına təhvil verilib.
İlkin ehtimallara əsasən, hadisəyə səbəb paytaxtda müşahidə olunan şiddətli hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.