Leqal xəbər məlumat verir ki. Bakıda aeroport şosesində ciddi yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, qəza paytaxtın Suraxanı rayonu, hava limanı istiqamətində qeydə alınıb. Hadisə yerinə operativ xidmətlər cəlb olunub, yaralılara ilkin tibbi yardım göstərilir.
Kadrlardan görünür ki, bir neçə avtomobil toqquşub və nəticədə yolda sıxlıq yaranıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb, araşdırma aparılır.
Sürücülərə həmin istiqamətdə hərəkət edərkən diqqətli olmaları tövsiyə olunur.