İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ADY bəzi sərnişinlərin pulunu QAYTARACAQ

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində zərər görən dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam edir. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik məqsədilə 1

9 baxış 3 dəq

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti nəticəsində zərər görən dəmiryol infrastrukturunun bərpası istiqamətində işlər davam edir.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik məqsədilə 1 avqust tarixinədək Bakı-Balakən qatarları yalnız Qax stansiyasına qədər hərəkət edəcək.

Balakən-Bakı istiqamətində hərəkət edən qatarlar isə Qax stansiyasından yola düşəcək.

Məlumata əsasən, yolun tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə 1 avqustdan etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.

Qeyd olunub ki, bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet əldə etmiş sərnişinlərə ödənilən məbləğ tam şəkildə geri qaytarılacaq.

ADY bildirib ki, məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti və çaylardan keçən sel suları nəticəsində Qax-Balakən dəmiryol sahəsində infrastruktur ciddi zərər görüb. Təhlükəsizlik səbəbindən həmin istiqamətdə qatarların hərəkəti daha əvvəl iyulun 20-dək məhdudlaşdırılmışdı.

Xəbəri paylaş Dostlarınıza göndərin