İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib. Bu barədə ADY-dən bildirilib. Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər

9 baxış 3 dəq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı marşrutu üzrə saxta biletlərin satılması halları ilə bağlı sərnişinlərə xəbərdarlıq edib.

Bu barədə ADY-dən bildirilib.

Qeyd edilib ki, son günlər şirkətə vətəndaşlardan sözügedən marşrut üzrə saxta biletlərin satılması ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunur, araşdırmalar aparılır. Saxtakarlıq edən şəxslərin və sosial şəbəkə səhifələrinin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

ADY vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və onlara bilet kvotası ayırmır.

Sərnişinlərə biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və dəmiryol kassalarından əldə etmək tövsiyə olunub

Xəbəri paylaş Dostlarınıza göndərin