Ağdaşda yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin kimliyi bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu gün saat 07 radələrində Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində "Mercedes" markalı iki yük avtomobili toqquşub. Nəticədə "Mercedes Atego" markalı avtomobilin sürücüsü - 46 yaşlı Cabbar Cabbarov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
