İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

AĞDAŞDA ANA VƏ OĞLU BIÇAQLANDILAR, ƏR SAXLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, Ağdaş rayonunun Ləki qəsəbəsində bir ailənin iki üzvünün bıçaqlanması ilə bağlı hadisənin təfərrüatları məlum olub. Hadisə avqustun 24-də gecə saatlarında baş verib. Aygün Əhmədova və onun 17 yaşlı oğlu F. Əhmədov kəsici alətlə xəsarətlər alıblar. İlkin məlumata görə,

14 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ağdaş rayonunun Ləki qəsəbəsində bir ailənin iki üzvünün bıçaqlanması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

Hadisə avqustun 24-də gecə saatlarında baş verib. Aygün Əhmədova və onun 17 yaşlı oğlu F. Əhmədov kəsici alətlə xəsarətlər alıblar.

İlkin məlumata görə, ana və oğul Arzu Əhmədov tərəfindən bıçaqlanıb. Bildirilir ki, Aygün Əhmədova kişinin ikinci həyat yoldaşı olub.

İddialara əsasən, son günlər ailədə tez-tez mübahisələr baş verib. Hadisədən bir gün əvvəl də Arzu Əhmədovun həyat yoldaşını bıçaqlamağa cəhd etdiyi, qadının isə qonşuya qaçaraq gizləndiyi bildirilir.

Avqustun 24-də gecə saat 03:00 radələrində tərəflər arasında yenidən mübahisə yaranıb. İddialara görə, mübahisə zamanı Arzu Əhmədov həyat yoldaşını kürəyindən bıçaqlayıb.

Səsə gələn 17 yaşlı oğlu atasına mane olmağa çalışıb. Bu zaman onun da qolundan bıçaqlandığı və Arzu Əhmədovun hadisə yerindən uzaqlaşdığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin