Leqal xəbər məlumat verir ki, Yaxın Şərqdə ABŞ-ın hərbi helikopter və təyyarələrinin sayında artım müşahidə olunur. Bu barədə açıq mənbələrə və peyk görüntülərinə istinadən məlumat yayılıb.
Bildirilir ki, Dubay yaxınlığındakı Əl-Minad (Al Minhad) hava bazasında ABŞ-a məxsus hərbi təyyarələr qeydə alınıb. Baza bölgədə əməliyyatlar üçün əsas istiqamətlərdən biri kimi istifadə olunur.
Ekspertlər qeyd edirlər ki, inkişaf etmiş logistika imkanlarına malik bu baza mümkün hərbi əməliyyatlar üçün strateji əhəmiyyət daşıya bilər. Bununla yanaşı, vəziyyətin necə inkişaf edəcəyi hələ də qeyri-müəyyəndir.