İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ABŞ Konqresində seçki ərəfəsində senator insult keçirdi

ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib. Leqal Xəbər bildirir ki, bu barədə "ABC News" siyasətçinin nümayəndələrinə istinadən məlumat yayıb. Onların sözlərinə görə, 53 yaşlı senatorun insult keçirdiyi xəstəxanaya

11 baxış 3 dəq

ABŞ-nin Konnektikut ştatından olan demokrat senator Kris Mörfi insult keçirərək xəstəxanaya yerləşdirilib.

Leqal Xəbər bildirir ki, bu barədə "ABC News" siyasətçinin nümayəndələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, 53 yaşlı senatorun insult keçirdiyi xəstəxanaya yerləşdirildikdən sonra müəyyən edilib. O, oğlunun xokkey matçını izləyərkən qolunda keyimə hiss etdikdən sonra yerli xəstəxanaya müraciət edib. Daha sonra Mörfi Merilend ştatında yerləşən Cons Hopkins Universitetinin Tibb Mərkəzinə köçürülüb.

"Müalicəsindəki irəliləyiş həkimləri ruhlandırır. O, huşunu itirməyib və vəziyyəti stabildir. Tam sağalacağına ümid edirik", - deyə senatorun nümayəndəsi bildirib.

Qeyd edək ki, ABŞ Konqresinə seçki noyabrın 3-nə təyin edilib. Səsvermə hazırkı prezidentin səlahiyyət müddətinin ortasında keçiriləcək. Seçkidə Nümayəndələr Palatasının 435 üzvünün hamısı və Senatın 100 üzvündən təxminən üçdə biri müəyyənləşəcək. Vətəndaşlar vaxtından əvvəl, şəxsən və ya poçt vasitəsilə səs verə bilərlər.

Xəbəri paylaş Dostlarınıza göndərin