İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ABŞ İSRAİLİN SUİ-QƏSD PLANLARI BARƏDƏ İRANI XƏBƏRDAR EDİB?

LEQAL XƏBƏR verir ki, bu barədə "The Washington Post" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. İddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei və digər yüksəkvəzifəli şəxslərin həlak olmasından sonra Vaşinqton münaqişənin diplomatik yolla həlli

14 baxış 3 dəq
LEQAL XƏBƏR verir ki, bu barədə "The Washington Post" Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
İddialara görə, ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali lideri Əli Xamenei və digər yüksəkvəzifəli şəxslərin həlak olmasından sonra Vaşinqton münaqişənin diplomatik yolla həlli istiqamətində addımlar atmağa başlayıb.
Məlumata əsasən, ABŞ İranın xarici işlər naziri Abbas Əraqçı və parlament sədri Məhəmməd Baqir Qalibafla dialoqu davam etdirməkdə maraqlı olub. Vaşinqtonun İsrailə hər iki siyasətçinin hədəfə alınmaması ilə bağlı müraciət etdiyi, lakin buna dair qəti təminat ala bilmədiyi bildirilir.
Qəzet yazır ki, bu səbəbdən ABŞ həmin şəxslərin təhlükəsizlik tədbirlərini gücləndirməsi üçün İran tərəfini birbaşa xəbərdar edib.
Nəşrin iddiasına görə, ABŞ ilə İsrail arasında İran rəhbərliyinə qarşı əməliyyatlarla bağlı fikir ayrılığı xüsusilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra daha da dərinləşib.
Qeyd edək ki, bu məlumat "The Washington Post" qəzetinin mənbələrə istinadən yaydığı iddialara əsaslanır və rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Xəbəri paylaş Dostlarınıza göndərin