LEQAL XƏBƏR məlumat verir ki, ABŞ İranda yerləşən obyektlərə raket zərbələri endirib.
Məlumata görə, Xuzistan əyaləti qubernatorunun müavini bildirib ki, Bakı vaxtı ilə saat 02:40-da Omidiyyə şəhəri ərazisində yerləşən obyektlər ABŞ tərəfindən raket hücumuna məruz qalıb.
Hadisə nəticəsində azı 4 nəfərin yaralandığı bildirilib.
Rəsmi qurumlar insidentin təfərrüatlarının araşdırıldığını açıqlayıblar.![]()