İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ABŞ-DƏN AZƏRBAYCANLA BAĞLI GÖZLƏNİLMƏZ QƏRAR - TARİXDƏ İLK DƏFƏ OLACAQ

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin nüfuzlu şirkətləri ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edəcəklər. Məlumata görə, bunu ADEX-2026-nın Təşkilat Komitəsi açıqlayıb. Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkət ADEX 2026-da iştirakını

9 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, ABŞ-nin nüfuzlu şirkətləri ilk dəfə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX 2026) iştirak edəcəklər.

Məlumata görə, bunu ADEX-2026-nın Təşkilat Komitəsi açıqlayıb.

Bildirilib ki, dünyanın 20-dən çox ölkəsindən 200-dən artıq şirkət ADEX 2026-da iştirakını təsdiqləyib.

Bu il ABŞ-nin sərgidə iştirakı xüsusi diqqət çəkir. Belə ki, ABŞ-nin “SIG SAUER” və “Lockheed Martin” şirkətləri ADEX-də ilk dəfə iştirak edəcək.

Bundan əlavə, Böyük Britaniya və Almaniya da ilk dəfə ADEX 2026-nın iştirakçı ölkələri sırasına qoşulub. Almaniyanı sərgidə “Rheinmetall” şirkəti təmsil edəcək.

Sərgidə Türkiyədən baş sponsor “ROKETSAN”, həmçinin “ASELSAN”, “BAYKAR”, “Turkish Aerospace Industries” (TAI) və “HAVELSAN”, İtaliyadan “Leonardo”, Çexiyadan “Excalibur Army”, Birləşmiş Ərəb Əmirliklərindən “EDGE Group” və İspaniyadan “INDRA” kimi şirkətlər iştirak edəcək.

Bir sıra ölkələr isə ADEX 2026-da milli ekspozisiyalarla təmsil olunacaq.

Belarus, Çexiya, İtaliya, Türkiyə və Slovakiya əvvəlki illərdə olduğu kimi bu dəfə də müdafiə sənayesi sahəsində məhsul və texnoloji həllərini nümayiş etdirəcəklər.

Xəbəri paylaş Dostlarınıza göndərin