İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

ABŞ-də ömürlük həbs cəzası alan qatil həbsxanadan qaçıb

ABŞ-nin Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb. Leqal Xəbər bildirir ki, bu barədə CNN ştatın Cəzaçəkmə Müəssisələri Departamentinə istinadən məlumat yayıb. Məlumata görə, "Northwest" islah müəssisəsinin

10 baxış 3 dəq

ABŞ-nin Tennessi ştatında qətl törətdiyinə görə ömürlük həbs cəzasına məhkum edilmiş 28 yaşlı Ceykob Morli həbsxanadan qaçıb.

Leqal Xəbər bildirir ki, bu barədə CNN ştatın Cəzaçəkmə Müəssisələri Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, "Northwest" islah müəssisəsinin əməkdaşları gecə saatlarında məhbusun yoxa çıxdığını aşkar ediblər. Təhlükəsizlik kameralarının görüntülərində Morlinin həbsxananın perimetr hasarını aşaraq məhbus geyimində ərazini tərk etdiyi əks olunub.

Tennessi Təhqiqatlar Bürosunun məlumatına əsasən, Morli daha sonra ağ rəngli "Ford" markalı pikap avtomobilini oğurlayıb. O, həbsxanadan təxminən 24 kilometr məsafədə yerləşən Hornbik yanğınsöndürmə məntəqəsinin yaxınlığında oğurlanmış avtomobili idarə edərkən görülüb.

Morli 2022-ci ilin fevralından itkin düşən Kodi Börçfildin birinci dərəcəli qətlində təqsirli bilinib. Börçfildin meyiti itkin düşməsindən bir neçə həftə sonra Morlinin evinin altında yerləşən qutuda aşkarlanıb.

O, həmçinin ağır oğurluq, sübutların məhv edilməsi, həbsdən yayınma və vandalizm cinayətlərinə görə məhkum edilib.

Tennessi Təhqiqatlar Bürosu Morlini ən çox axtarılan şəxslər siyahısına daxil edib. Onun tutulmasına kömək edəcək məlumat verən şəxsə 2 500 dollaradək mükafat vəd olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin