ABŞ-də anomal isti hava şəraiti səbəbindən 160 milyona yaxın insan üçün təhlükə xəbərdarlığı edilib.
LEQAL XƏBƏR verir ki, ölkənin 30 ştatında kəskin istilərlə bağlı xəbərdarlıq qüvvəyə minib.
Məlumata görə, növbəti üç gün ərzində Vaşinqton, Boston, Kanzas-Siti, Memfis, Nyu-York və Filadelfiyada havanın temperaturunun 42–45 dərəcəyədək yüksələcəyi gözlənilir.
Ştat rəhbərlikləri yüksək təhlükə rejimi elan edib, iri şəhərlərdə əhalinin istidən qorunması üçün kondisionerlə təchiz olunmuş xüsusi sığınacaq mərkəzləri yaradılıb.
Bildirilir ki, ekstremal istilər insanların sağlamlığı üçün ciddi risk yarada, eyni zamanda enerji infrastrukturuna düşən yükü artıra bilər.