Leqal xəbər Ermənistan mətbuatına istinadən Ermənistan paytaxtı İrəvanda son günlər ağacların kütləvi şəkildə kəsilməsi sakinlərin narazılığına səbəb olub.
Vətəndaşların sözlərinə görə, əvvəllər yaşıllığı ilə seçilən məhəllələrdə artıq ağacların sayı sürətlə azalır. Sakinlər iddia edirlər ki, demək olar hər gün şəhərin başqa bir hissəsində yeni ağac kəsilməsi halları müşahidə olunur.
Narazı sakinlərdən biri deyib:
“Artıq bütün şəhərdə ağaclar yoxa çıxmağa başlayır. Hər səhər durub görürük ki, gecədən ağacları kəsiblər. Şəhər getdikcə betona çevrilir.”
Sakinlər yerli hakimiyyət orqanlarından məsələ ilə bağlı izahat tələb edir və paytaxtın yaşıllıqlarının qorunması üçün tədbirlərin görülməsini istəyirlər.
Ağacsız İrəvan
Leqal xəbər Ermənistan mətbuatına istinadən Ermənistan paytaxtı İrəvanda son günlər ağacların kütləvi şəkildə kəsilməsi sakinlərin narazılığına səbəb olub. Vətəndaşların sözlərinə görə, əvvəllər yaşıllığı ilə seçilən məhəllələrdə artıq ağacların sayı sürətlə azalır. Sakinlər iddia edirlər ki, demək
7 baxış
3 dəq
