İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

67 yaşlı cüdoçumuz Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli (90 kq) Portuqaliyanın Portiman şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandığı üçün qürurludur. Leqal Xəbər məlumat verir ki, bunu veteranlardan ibarət yığmanın üzvü və baş məşqçisi Report-a açıqlamasında bildirib. O, 12-ci dəfə Avropa

13 baxış 3 dəq

Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli (90 kq) Portuqaliyanın Portiman şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazandığı üçün qürurludur.

Leqal Xəbər məlumat verir ki, bunu veteranlardan ibarət yığmanın üzvü və baş məşqçisi Report-a açıqlamasında bildirib.

O, 12-ci dəfə Avropa çempionu olmasının qürurverici olduğunu bildirib:

"Cüdo uzun zamandır həyatımın bir parçası olub. Bu idman növünə sevgim mənə uğur qazandırır. 12-ci dəfə Avropanın ən güclüsü olduğum üçün qürurluyam. Gücümüzün yetdiyi yerə qədər mübarizə aparacağıq".

67 yaşlı mütəxəssis yığmanın ümumi çıxışına toxunub:

"Əslində, Avropa çempionatı növbədənkənar oldu. Normalda qitə birinciliyi mayın sonu və ya iyunun əvvəlində keçirilirdi. Bu səbəbdən yığmaların hazırlıq prossesində müəyyən problemlər var idi. Nəzərə almaq lazımdır ki, dünya çempionatının bitməsindən cəmi 1 ay sonra Avropa çempionatı start götürdü. İdmançıların ardıcıl iki yarışa hazırlaşması fiziki cəhətdən çətin idi. İlk dəfə veteranlar arasında tatami üzərinə çıxan idmançılarımız oldu. Yer tuta bilməsələr də, qələbələr qazandılar. Onların çıxışlarından çox razıyam".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına 14 nəfər idmançı ilə qatılıb. Yığma yarışı bir qızıl, iki gümüş və bir bürünc medalla 13-cü sırada bitirib.

Picture background

Xəbəri paylaş Dostlarınıza göndərin