Leqal Xəbər bildiribki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, ABŞ ordusu bu əməliyyatlarda 50 mindən çox hərbçini cəlb edib. Məlumata görə, 100 saatdan çox davam edən əməliyyat zamanı ABŞ qüvvələri 2000-dən artıq sursatdan istifadə edərək təxminən 2000 hədəfə zərbə endirib. Hücumlar nəticəsində İranın hava müdafiə sisteminin zəiflədiyi, həmçinin yüzlərlə ballistik raket, buraxılış qurğusu və dronun məhv edildiyi iddia olunur. Bildirilir ki, əməliyyatlarda 200-dən çox qırıcı və bombardmançı təyyarə, o cümlədən B-2, B-1 və B-52 tipli təyyarələr iştirak edib. ABŞ dəniz qüvvələrinin də əməliyyata qoşulduğu və bir sıra İran gəmilərinin məhv edildiyi qeyd olunur. Məlumatlara görə, İran tərəfi isə hücumlara 500-dən çox ballistik raket və 2000-dən artıq dronla cavab verib. ABŞ rəsmiləri əməliyyatın davam etdiyini bildirir.
50 min hərbçi cəlb etdi
Leqal Xəbər bildiribki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni məlumatlar yayılıb. Bildirilir ki, ABŞ ordusu bu əməliyyatlarda 50 mindən çox hərbçini cəlb edib. Məlumata görə, 100 saatdan çox davam edən əməliyyat zamanı ABŞ qüvvələri 2000-dən artıq sursatdan istifadə
11 baxış
3 dəq