İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

48 KİLOQRAM NARKOTİK AŞKARLANDI

LEQAL XƏBƏR məlumat verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 48 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Əməliyyat zamanı narkokuryerlikdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı Cavid Quliyevdən 3 kiloqram marixuana və heroin, 35 yaşlı Qurban Əliyevdən 20 kiloqram heroin, metamfetamin və marixuana, 21 yaşlı Rahib Hüseynovdan 22 kiloqrama yaxın marixuana, metamfetamin və tiryək, 32 yaşlı Zamin Abdullayevə məxsus avtomobildən isə 3 kiloqram marixuana və həşiş aşkarlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri müxtəlif ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 234 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Xəbəri paylaş Dostlarınıza göndərin