Türkiyə Futbol Federasiyası (TFF) son beş il ərzində mərc oyunlarında iştirak etdikləri iddia olunan 448 klub rəsmisinin işini Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
Siyahıda Türkiyə Super Liqasının dörd böyük klubu – “Beşiktaş”, “Fənərbağça”, “Qalatasaray” və “Trabzonspor”un rəhbər şəxslərinin də adları yer alıb.
PFDK-ya göndərilən şəxslər:
“Beşiktaş”: Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.
“Fənərbağça”: Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.
“Qalatasaray”: Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.
“Trabzonspor”: Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskiçi.
Qeyd edək ki, şəxslərin PFDK-ya göndərilməsi onların mərc oyunlarında iştirak etdiklərinin yekun olaraq təsdiqləndiyi anlamına gəlmir. İşlər üzrə intizam araşdırması aparılacaq və yekun qərar PFDK tərəfindən veriləcək.![]()