Leqal Xəbər bildiribki, “TikTok” sosial şəbəkəsində qeyri-etik paylaşımlar edən iki qadın inzibati qaydada həbs olunub. Məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar yayan 28 yaşlı Bayramova və 31 yaşlı Əskərli müəyyən edilərək saxlanılıblar. Araşdırmalar zamanı onların sosial şəbəkə hesablarında cəmiyyətə açıq hörmətsizlik ifadə edən və əxlaq normalarına uyğun olmayan görüntülər yaydıqları müəyyən olunub. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə təqdim edilib. Sabunçu Rayon Məhkəməsinin qərarı ilə A.Bayramova 15 sutka, Yasamal Rayon Məhkəməsinin qərarı ilə isə A.Əskərli 20 sutka müddətinə inzibati qaydada həbs edilib.
2 qadın həbs olundu
Leqal Xəbər bildiribki, “TikTok” sosial şəbəkəsində qeyri-etik paylaşımlar edən iki qadın inzibati qaydada həbs olunub. Məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar yayan 28 yaşlı Bayramova və
9 baxış
3 dəq
