Leqal xəbər Ermənistan mediasına istinadən məlumat verir ki, seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində “Güclü Ermənistan” partiyasının 14 üzvü saxlanılıb.Bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi açıqlama yayıb. Bildirilib ki, aprelin 16-da səhər saatlarında hüquq-mühafizə orqanları Artaşat şəhərində partiya üzvlərinin ofis və yaşayış evlərində axtarışlar aparıb.
Axtarışlardan sonra 14 nəfər saxlanılıb. Qurumdan qeyd olunub ki, istintaq tədbirləri davam edir və zərurət yaranacağı halda əlavə məlumat veriləcək.