İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

“1150 yerlik məktəbdə 3 mindən çox şagird oxuyur”

“Bakının Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli məktəb 1150 şagird üçün nəzərdə tutulsa da, illərdir 3000-dən çox şagird təhsil alır. Sinif otaqları çatmır, dərslər 2 növbə edilib. Hər sinifdə də ən az 35-38 uşaq... Bu vəziyyətdə keçirilən dərsin nə keyfiyyəti olacaq?” Bu şikayəti övladı həmin

16 baxış 3 dəq

“Bakının Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli məktəb 1150 şagird üçün nəzərdə tutulsa da, illərdir 3000-dən çox şagird təhsil alır. Sinif otaqları çatmır, dərslər 2 növbə edilib. Hər sinifdə də ən az 35-38 uşaq... Bu vəziyyətdə keçirilən dərsin nə keyfiyyəti olacaq?” Bu şikayəti övladı həmin məktəbdə təhsil alan bir qrup valideyn bildirib. Onların sözlərinə görə, qəsəbədə 304 nömrəli məktəb tikilsə də, illərdir istifadəyə verilmir. Şikayətçilər bildirirlər ki, 113 nömrəli məktəbin problemləri isə təkcə sıxlıqla bağlı deyil. Təhsil müəssisəsində ixtisas müəllimləri çatışmadığından bəzi dərslər boş keçir:

“Bu il məktəbdə bəzi fənn müəllimləri çatışmır, vakant yerlərə müəllim götürülməyib deyə dərslərin ixtisas müəllimi tərəfindən tədrisində çətinliklər var. Bir çox dərslər isə boş keçir. Məktəbin həyəti böyükdür, ərazidə yeni korpus tikilə bilər və ya qəsəbədəki məktəbi istifadəyə versələr, yük bir az azalar”. Sadalanan problemlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirildi ki, 113 nömrəli tam orta ümumtəhsil məktəb üzrə siniflərdə şagird sayı ərazidə yaşayan uşaqların icbari təhsil hüququnun təmin olunması nəzərə alınaraq müəyyənləşdirilib: “İkinövbəli iş rejmində fəaliyyət göstərən məktəbdə növbələrarası dərslər də keçirilir. Məktəbin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir. Məktəbdə tədris prosesində fasiləsizliyin təmin edilməsi, müvəqqəti kadr çatışmazlığı səbəbindən dərs prosesinin pozulmaması və məsələnin ən qısa müddətdə həllini tapması istiqamətində zəruri tədbirlər görülür. 8 vakant yer üzrə 4 müəllim işə qəbul olunub. Məktəb üzrə vakansiya təminatı davam etdirilir”. İdarədən həmçinin bildirilib ki, mövcud ehtiyaclar nəzərə alınaraq qəsəbədəki 304 nömrəli tam orta ümumtəhsil məktəbin istifadəyə verilməsi məsələsi də diqqət mərkəzindədir.

Xəbəri paylaş Dostlarınıza göndərin