İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb Daha bir nöqsanlı restorana inzibati protokol yazıldı Ermənistanın bu davranışını müsbət qarşılayırıq İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub. Leqal Xəbər "The Guardian"a istinadən məlumat verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub. O, 1988-ci ildə 12 yaşında

13 baxış 3 dəq

Britaniyalı şahmatçı Bodhana Sivanandan qadınlar arasında şahmat tarixinin ən gənc beynəlxalq ustası olub.

Leqal Xəbər "The Guardian"a istinadən məlumat verir ki, Sivanandan bu uğura Monteneqronun Budva şəhərində keçirilən Avropa Klublar Kubokunda nail olub.

O, 1988-ci ildə 12 yaşında beynəlxalq usta titulunu qazanan əfsanəvi macar şahmatçı Yudit Polqarın rekordunu yeniləyib.

Avropa Klublar Kubokundakı uğurlu çıxışı sayəsində Sivanandanın reytinqi 2 400 həddini keçib. O, rusiyalı Aleksandra Qoryaçkinaya məğlub olsa da, sonrakı beş partiyada məğlubiyyətlə üzləşməyib: dörd qələbə qazanıb, bir oyunu isə heç-heçə ilə başa vurub.

Sivanandan açıq kateqoriyada beynəlxalq usta titulunu qazanan ən gənc yeddi şahmatçı sırasına da daxil olub. Bu kateqoriyada rekord 2025-ci ildə 10 yaş, 3 ay və 21 günlük olarkən beynəlxalq usta titulunu qazanan rusiyalı Roman Şoqciyevə məxsusdur.

Qeyd edək ki, sentyabrın sonunda britaniyalı şahmatçı qadınlar arasında tarixdə ən gənc qrosmeyster titulunun da sahibi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin